Metsamor: Nüvə terrorunun yeni mənbəyi - TƏHLİL

Metsamor: Nüvə terrorunun yeni mənbəyi - TƏHLİL
  19 May 2016    Oxunub:6625
Zaur Əliyev
Siyasi elmlər üzrə fəlsəfə doktoru

Ermənistanın Zaxqadzor (Dərəçiçək) qəsəbəsində görüşdə kürsüyə çıxan president Serj Sərksiyan ölkələrindəki atom elektrik stansiyasının yalnız iqtisadi deyil, siyasi baxımdan da əhəmiyyət daşıdığını elan edərək, bunun regiondakı bütün dövlətlərin onlarla hesablaşmaları üçün yeganə vasitə olduğunu bildirib.

Bu çıxış onu bir daha göstərir ki, terroru və işğalı dövlət siyasəti seçən Ermənistan Azərbaycana və Türkiyəyə yeni cəbhə açır: Nüvə terrorizmi.

Nüvə terroru üçün baza sayılan Metsamor AES 1979-ci ildən 1989-cu ilə 150-yə qədər kiçik qəza keçirib. Beynəlxalq Atom Enerjisi Təşkilatı və Avropa İttifaqı tərəfindən dünyadakı ən təhlükəli nüvə stansiyalardan biri olaraq qəbul edilir.

Qeyd edək ki, 2010-2011-ci illər ərzində Avropa İttifaqı Metsamor AES-in 2016-cı ilə qədər bağlanması ilə bağlı çağırışlar edib və Metsamorun bağlanmasının maliyyələşdirilməsi üçün 200 milyon avro ayrılması təklifini irəli sürüb. Lakin Ermənistan AES-in ölkə enerjisinin 40%-ni verdiyini irəli sürərək, təklifi rədd edib. Aİ onu Şərqi Avropada və keçmiş SSRİ məkanında qurulmuş bütün sovet reaktorları arasında “ən qədim və ən az etibarlı” stansiya kimi xarakterizə edib. Bu narahatlıq Avropa Şurasının müxtəlif sənədlərində öz əksini tapıb.

Narahatlığa isə ciddi səbəb var, 11 ballıq zəlzələ riski olan zonada yerləşən AES Azərbaycan və Gürcüstan sərhədlərindən 120 km, İran sərhədindən 60 km, Türkiyə sərhədindən 16 km aralıda yerləşir. Mütəxəssilər bildirilər ki, Qəza nəticəsində radioaktiv tullantıların və digər fəsadların Rusiya, Orta Asiya, Xəzər və Qara dəniz ölkələrinin əhalisi üçün böyük təhlükə yaradacaq ki, nəticədə insan təlafaları ilə yanaşı ekoloji böhranın qarşısın illər boyu almaq mümkün olmayacaq.

1988-ci ildən bu günə qədər isə AES-də 316 meqavatt gücündə olan ikinci blok həm havaya buraxdığı, həm də su soyutma sistemində olan tullantıları hava və çaylar vasitəsilə Ermənistan Azərbaycana qarşı ekoloji terror siyasətin həyata keçirir.

Ekspertlərin "Metsamor" AES-dən radiasiya sızması ilə bağlı aparılan araşdırmaları göstərir ki, stansiyadan insan sağlamlığını təhdid edən səviyyədə ətrafa nüvə axını var. İlkin araşdırmalar göstərib ki, "Metsamor"da 10 mikrosv/saat səviyyəsində nüvə sızıntıları var və bu da insan sağlamlığı üçün olduqca zərərli göstəricidir.

Problemə daha geniş çərçivədən baxaq. Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin BMT-nin nəzarəti altında imzalanması zamanı üzə çıxan əsas problem o idi ki, bu tipli AES-lərdən elektrik alınması ilə paralel, həm də nüvə bombasının yaradılmasında istifadə oluna bilər. Nüvə energetikası istənilən dövlətə öz nüvə silahını yaratmaq şansı verir. Lakin buna baxmayaraq, nüvə silahı üçün uranın zənginləşdirilməsi onun dinc məqsədlə işlədilməsindən daha çətindir. AES-də prosesin başlaması üçün uranın 4-5%, atom reaktoru üçün 20%, nüvə silahı üçün isə 75%-dən yuxarı zənginləşdirilməsi lazımdır.

Ermənistanın «Metsamor» atom elektrik stansiyasının (AES) region üçün böyük təhdid mənbəyi olduğuna dair bu vaxta qədər kifayət qədər açıqlama verilib. Lakin bütün bunlara və edilən xəbərdarlıqlara rəğmən, Ermənistan hələ də bu təhlükəli stansiyanın fəaliyyətini davam etdirir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin məlumatına görə, müasir dövrdə istəyi olsa, 40-dan çox dövlət nüvə silahı yaratmaq iqtidarındadır. Dünyada nüvə materiallarının “qara bazarı” mövcuddur ki, yeni-yeni dövlətlər nüvə silahı hazırlanmasında istifadə olunacaq materialların istehsal texnologiyalarını əldə etməyə cəhd edirlər. Eyni zamanda, ortada həm də terroristlərin kütləvi qırğın silahlarına sahib olmaq niyyətləri var. Bu niyyətin həyata keçirilməsində isə Ermənistanda yerləşən AES nüvə qaçaqmalçıları üçün əsas baza olaraq qalır.

«Metsamor»dan çıxarılan radioaktiv maddələrdən nüvə silahının hazırlanmasında istifadə olunur. Xatırladaq ki, artıq radioaktiv maddələr daşıyan ermənilərin yaxalanması faktları mövcuddur və onların belə maddələri məhz «Metsamor» atom elektrik stansiyasından əldə etdikləri də danılmazdır. Gürcüstanda xüsusi təyinatlı nüvə polis bölməsi məlumatında yazır ki, nüvə qaçaqmalçılarının radioaktiv materialları, o cümlədən, Ermənistan, Türkiyə və Abxaziyadan gizli olaraq sərhəddən keçirilər.

Bu, onu göstərir ki, Ermənistan Soyuq Müharibə dövründən SSRİ-dən onlara miras qalan müxtəlif radioaktiv materialları, o cümlədən, nüvə silahı hazırlamaq üçün istifadə olunan uran, plutonium və "çirkli bomba” ların komponentlərindən biri olan sezium izotopu alverin qara bazara ixrac edir.

Vaşinqtonda Nüvə Təhlükəsi Təşəbbüsünün Nüvə Materialları Təhlükəsizliyi üzrə vitse-prezidenti Page Stoutland müsahibəsində açıq etiraf edir: “Mənə aydındır ki, maraqlanan alıcılar var, satıcılar da var – bəli, hamımızın narahatlığına səbəb olmalı olan bir qara bazar mövcuddur”. Düzdür, cənab Stoutlant Ermənistanın adını çəkməsə də, bəllidir ki, Metsamor AES-in nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar dəstələrin diqqət mərkəzində olmasından xəbərdardır.

Ermənistandan olan nüvə qaçaqmalçıları qara bazarda asanlıqla müştəri tapa bilirlər. Qeyd edək ki, Azərbaycanın Ermənistanın işğalı altında olan əraziləri çoxdandır beynəlxalq qaçaqmalçılıq marşrutlarından birinə çevrilib. Bu ərazilərdən əsas beynəlxalq narkotrafik marşrutlarından biri keçir. Lakin tamamilə mümkündür ki, həmin ərazilər üzərindən qara bazara zənginləşdirilmiş uran və digər nüvə materialları da keçirilsin. Bu faktlar bir daha radioaktiv qaçaqmalçılıqla məşğul olan ermənilərin hakimiyyət dairələri tərəfindən müdafiə olunduğuna işarədir. Amma ermənilər əməllərindən qalmayaraq sonrakı illərdə də bunu davam etdiriblər.

Mərakeşin “əl-İslah və ət-Tənmiyə” qəzeti yazır ki, son illər nüvə və radioaktiv materialların qaçaqmalçılığında ittiham olunan erməni vətəndaşları və ya erməni xüsusi xidmət orqanlarının əməkdaşları regionun müxtəlif ölkələrində həbs olunub və belə cinayət faktlarına dəfələrlə rast gəlinib. Qəzet həyacan siqnalı verərək, qeyd edir ki, yüksək zənginləşdirilmiş uran və sezium materiallarını Yaxın Şərqdəki qeyri-qanuni qruplaşmalara çatdırmaq və qara bazarda dəyəri milyon dollarlarla ölçülən bu materialların gizli satışını təmin edən erməni qaçaqmalçıları dünya sülhünə ciddi təhlükə yaradır.

Mərakeşin “Agora” xəbər portalı da Azərbaycanın işğal olunan ərazilərində Metsamor AES-in kimyəvi materiallarının torpağa və suya radioaktivlik yayan zəhərli mənbələr atdığını yazır.

Göründüyü kimi, Ermənistan tək Azərbaycan üçün yox, bu kimi məsələlərlə dünya üçün də təhlükə mənbəyidir. Çünki, belə materialların terror qruplaşmalarının əlinə düşəcəyi təqdirdə dünyanın bir çox ölkələrinin ciddi fəlakətlə üzləşəcəyi şübhə doğurmur.

Hesab edirəm ki, Metsamor AES-in bağlanmasını tələb edən “Stop Metsamor!” petisiyasının imzalanması kampaniyası təkcə Cənubi Qafqaz regionunda insanların və ekologiyanın təhlükəsizliyi deyil, dünyada sülhün təminatı üçün çox vacibdir. Əks təqdirdə dünyaya təhlükə yaradan terror qruplaşmaları nüvə bombaları əldə etsələr, təkcə region deyil, dünya böyük böhranla üz-üzə qalacaq.


Teqlər:





Xəbər lenti