Azərbaycanda kazinolar açılacaqmı? - Rəsmi açıqlama

Azərbaycanda kazinolar açılacaqmı? - Rəsmi açıqlama
  18 May 2016    Oxunub:3709
“Sahibkarların vergi yükü kifayət qədər azaldılıb və sahibkarlıq subyektlərində bütün yoxlamalar dayandırılıb”.
AzVision.az xəbər verir ki, bunu Vergilər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlar, maliyyə təşkilatlarının rəyi göstərir ki, Azərbaycanda vergi yükü digər ölkələrlə müqayisədə xeyli aşağıdır:

“Lakin bəzi sahibkarlar yoxlamaların azalmasından sui-istifadə edir ki, bu da büdcəyə təsir edir. Vergi orqanları şəffaf şəkildə fəaliyyət göstərir. Sahibkarlar fəaliyyətlərini şəffaflıq prinsipləri üzərində qursalar, sizi inandırım ki, vergi daxilolmaları dəfələrlə artar. Bəzi intizamsız vergi ödəyiciləri də var. Onlar qanunsuz mərc oyunları, alkoqollu içkilərin satışı ilə məşğul olanlardır. Bəzən deyirlər ki, vergi və gömrüyün hesabına büdcə doldurulur. Bəs, necə olmalıdır ki? Büdcə vergi və gömrüyün hesabına dolmalıdır”.

Nazir əlavə edib ki, internet xidmətləri göstərən müxtəlif transmilli şirkətlər vergiyə cəlb ediləcək. Bundan başqa nazir müavini kazinoların açılması məsələsindən də danışıb:

“Əslində bu məsələyə şərh vermək istəmirəm. Müxtəlif ölkələrdə kazinolaradan istifadə edirlər və ondan gəlirlər əldə edilir. Bəziləri fikirləşir ki, vergi ilə bağlı qərarları Vergilər Nazirliyi qəbul edir. Biz icraedici orqanıq. Amma şəxsən mən kazinoların açılmasının tərəfdarı deyiləm. İndi kim necə qərar qəbul edəcəksə, bunu deyə bilmərəm”.

Turizm sahəsinin vergidən azad olunmasına gəlincə isə nazir müavini qeyd edib ki, bu gün Azərbaycan böyük turizm ölkəsinə çevrilmək ərəfəsindədir:

“Ölkədə turizm inkişafı üçün gözəl infrastruktur yaradılıb. Azərbaycanda Novruz bayramında da turistlərin kütləvi axını oldu. Heç bu qədər axına hazır deyildik. Əgər turizmin sahəsinin vergidən azad olunması məsələsi qoyularsa, buna baxıla bilər. Əgər dövlətin sosial iqtisadi siyasəti bunu tələb edirsə baxmaq olar. Bu gün ən böyük otellər gəlirsiz işləyir”.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti