TAP-ın inşasına start verildi

TAP-ın inşasına start verildi
  18 May 2016    Oxunub:1628
Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik qaz kəməri layihəsinin (TAP) inşa edilməsinə start verilib.
Tədbirdə BP, SOCAR, Snam, Fluxys, Enagas, Axpo şirkətlərinin rəhbərlər heyəti və Azərbaycan da daxil olmaqla 300 yaxın yüksək səviyyəli qonaqlar iştirak edib.

Yunanıstanın baş naziri Aleksis Tsipras bildirib ki, Trans-Adriatik qaz kəmərinin inşa edilməsinin başlanması Yunanıstan iqtisadiyyatı və region üçün mühüm əhəmiyyət kəsb edir. O, enerji təhlükəsizliyinin möhkəmlənməsi, enerji mənbələrinin şaxələndirilməsi Yunanıstanın və Avropanın enerji strategiyasını təşkil etdiyini vurğulayıb. Layihənin geostrateji əhəmiyyətinə toxunan Baş nazir, bu layihənin regionda əməkdaşlıq körpüsünə və firavanlığa gətirəcəyini bildirib.

Təməlqoyma mərasimində Azərbaycanın energetika naziri Natiq Əliyev, SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti