Büdcəyə yenidən baxıla bilərmi? - Açıqlama
Komitə sədri qeyd edib ki, dünya bazarında neftin qiymətinin qalxmasının hələ müşahidə etmək lazımdır.
“Tez-tez neftin qiymətininin dəyişməsi, qalxma-enmə var. Qiymət müəyyən mərhələyə çatarsa və büdcə gəlirləri, büdcə sistemi haqqında qanunda nəzərdə tutulmuş hədləri keçərsə, təbii ki, bu proses gündəmə gələr. Bu gün 2016-cı ilin dövlət büdcəsinə yenidən baxılması məsələsi yoxdur”.
Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov mətbuata açıqlamasında büdcəyə yenidən baxıla biləcəyini deyib: "Dünya bazarında Azərbaycan neftinin qiymətinin 50 dolları keçməsi Azərbaycanın 2016-ci il üzrə dövlət büdcəsinə yenidən baxılmasını zəruri edə bilər".
Anar Kəlbiyev
AzVision.az