Bakıda evlərin ucuzlaşmasına kimlər mane olur?
“Öncədə proqnozlaşdırdığımız kimi qiymət azalmaları gözlənilən idi. Amma yenə də mənzillərin mövcud qiyməti real qiymət deyil. Ölkə üzrə orta aylıq əmək haqqı və gəlir səviyyəsini nəzərə alsaq qiymətlər indikidən xeyli aşağı olmalıdır. Orta aylıq əmək haqqı ilə nəinki Bakının mərkəzində, hətta mərkəzə yaxın ərazilərdə belə bir kvadratmetr mənzil sahəsi almaq mümkün deyil. Təəssüf ki, əmlak bazarındakı himayə olunan “makler-biznesmənlər” kəskin qiymət azalmalarına imkan vermilər”.
Ekspert qeyd edib ki, bazara çıxarılan əmlakın əksəriyyətinin satışı maklerlər tərəfindən idarə edilir. Onlar qiymətlərin ucuzlaşmasına ciddi cəhdlə mane olurlar.
“Buna görə də, qiymət azalmalarına baxmayaraq, qiymət mənzilin mövcud alıcılıq qabiliyyətinə əsasən formalaşmalı olan real bazar dəyərindən daha yüksək təklif edilir. Bu baxımdan, düşünürəm ki, əmlak bazarında maklerlərin fəaliyyətini məhdudlaşdıran rəsmi qaydaların qəbul edilməsi və tətbiq olunmasına ehtiyac var. Əks halda, bu maklerlər süni qiymətlər ilə çox evsizlərin mənzil almaq arzularını “dəfn edəcəklər””.
Anar Kəlbiyev
AzVision.az