Azərbaycan nefti 50 dolları ötdü

Azərbaycan nefti 50 dolları ötdü
  17 May 2016    Oxunub:2589
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,52 dollar artaraq 48,24 dollar təşkil edib.
AzVision.az-ın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,29 dollar artaraq 49,26 dollar olub.

“AzeriLight” markalı neftin 1 barelinin qiyməti isə 1,20 dollar və ya 2,44 faiz artaraq 50,30 dollar təşkil edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti