Bakıdan Misirə 360 dollara uçuş
Azərbaycanlıların Misirdəki turizm imkanlarından faydalanması baxımından, Misir Turizm Nazirliyi və Misirin turoperatorları hər iki ölkə arasında səmərəli əməkdaşlığı davam etdirmək əzmindədirlər və bu gün Azərbaycanlı turistlərə yeni və yüksək keyfiyyətli cəlbedici turizm paketləri təklif etməyə hazırdılar:
“2011-2013-cü illərdə Misirə səfər edən azərbaycanlıların sayında müəyyən azalmadan sonra Azərbaycan vətəndaşları arasında Misir kurortlarının populyarlığı yanvar və mart ayları yenidən artıb. Belə ki, son iki il ərzində Misiri minlərlə azərbaycanlı ziyarət edib. Dekabr, yanvar və mart ayları səyahət üçün daha populyar aylar heab olunur”.
Qeyd olunub ki, ən yaxın zamanda Bakıdan Misirə birbaşa təyyarə reysinin açılması planlaşdırılır. Uçuş cəmi 4 saat davam edəcək və bir biletin qiyməti orta hesabla 360 ABŞ dolları təşkil edəcək.
“Air Cairo” Hava Yolları şirkətinin kommersiya direktoru Fathy Attia deyib ki, Bakıdan Misirin Şarm-Əl Şeyx şəhərinə nəzərdə tutulmuş aviabiletin qiyməti 350 manatdır və bura gediş və gəliş qiyməti daxildir. Bakıdan adıçəkilən şəhərə uçuşlar cari ilin iyun ayından etibarən müntəzəm təşkil ediləcək.
Biletlərdə konkret uçuş və qayıdış zamanları olacaq. Praktiki olaraq alacağınız bilet 1 il üçün etibarlı olacaq:
`Təbii ki, turpaketin müddətinə uyğun olaraq da gediş və gəliş tarifini özünüz bir il ərzində istədiyiniz kimi müəyyən edə bilərsiz`.
Eldar Tanrıverdiyev
AzVision.az