Gənclərlə bağlı layihə başa çatıb

Gənclərlə bağlı layihə başa çatıb
  14 May 2016    Oxunub:1399
Üç aydır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan Sağlam Gənclik, Sağlam Dövlət!– Məşhurların gənclərə videomüraciəti! layihəsinə yekun vurulub.
Bağlanış mərasimini Səbuhi Abbasov açaraq bu aylar ərzində görülən işlərdən danışdı: “Hər il fevral ayının 2-si Gənclər Günü kimi qeyd olunur. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu gün birmənalı şəkildə gənclərin hərtərəfli inkişafına hesablanıb. Gənclər və İdman Nazirliyinin təsis edilməsi, Gənclər Forumunun keçirilməsi bu istiqamətdə atılan ən önəmli addımlardandır. Bu siyasət Cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir.

Ölkədə gənclərin təşəbbüslərinin dəstəklənməsi istiqamətində 6 istiqamətdə müxtəlif fondlar yaradılmışdır. Təbii ki, bütün bu islahatlar sağlam gəncliyin yetişməsinə istiqamətlənib. Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, bəzən gənclər pis vərdişlərə meyilli olurlar ki, buda onların gələcəkdə intellektual ve fiziki inkişaflarına maneələr törədir. Bu problemin aradan qalxması üçün müasir metodlardan istifadə isə çox vacibdir. Bu mənada tanınmış simaların videomüraciətinin effekli olacağına əminik. Layihə paytaxt və region gənclərinin arasında zərərli vərdişlərin qarşısının alınmasına xidmət edir. Bundan başqa layihə çərçivəsində hazırlanan videorolik vasitəsilə gənclər daha ətraflı məlumat bazasına malik olacaqlar.

Videorolikdə tanınmış simalar gənclərə videomüraciət ünvanlayıblar. Müracətdə tanınmışlar gənclərə öz həyat təcrübələrini paylaşraq, məsləhət və nəsihətlərini veriblər. Yusifzadə Novruzun müəllifi olduğu bu önəmli layihəni dəstəklədiyi üçün Gənclər Fonduna öz dərin təşəkkürümüzü bildiririk”.

Çıxışdan sonra layihə çərçivəsində hazırlanan videorolik təqdim olunub.

AMEA-nın əməkdaşı Cahid İsmayıloğlu çıxış edərək layihənin cəmiyyət üçün əhəmiyyətindən danışdı: "Azərbaycanda gənclərin sağlam həyat sürmələri üçün kifayət qədər imkanlar var. Hesab edirəm bu videorolik gəncləri zərərli vərdişlərdən uzaq durmağa vadar edəcək".

Azxeber.com saytının rəhbəri Hacıbəy Heydərli isə çıxış edərək internet mediada bayrağımıza olan sevgini aşılamaq olduqca vacibdir: "Layihə çərçivəsində hazırlanan video sosial şəbəkələr və internet resursları vasitəsi ilə daha da geniş yayılmalıdır "gənclərin sağlam həyata sövq edilməsi üçün ciddi işlərin görülməsinə ehtiyac olduğunu dedi: "Bugun ölkəmizin bütün regionlarında gənclər mərkəzləri fəaliyyət göstərir. Azərbaycan gəncliyi bütün sahələrdə öz sözünü deyir. Lakin etiraf etməliyik ki, zərərli vərdişlərə qurşanan gənclər də var. Bu videorolik gənclər üçün stimul mənbəyi olacaqdır".

Xalq qəzetinin məsul əməkdaşı, tanınmış filoloq Vazeh Əliyev isə çıxışında gənclərin bədii təfəkkürünün inkişaf etdirilməısinin vacibliyindən danışdı: "Cənab Prezident gənclərin hərtərəfli inkişafı üçün kifayət qədər geniş imkanlar açıb. Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilməkdədir. Hesab edirəm ki, bu videorolik də gənclərimizi pis vərdişlərdən uzaq durmağa, onların daha uğurlu sahələrdə çalışmaları üçün stimul yaradacaq".

AzVision.az


Teqlər:





Xəbər lenti