ABŞ təsdiqlədi: Kerri Vyanada Qarabağı müzakirə edəcək

ABŞ təsdiqlədi: Kerri Vyanada Qarabağı müzakirə edəcək
  14 May 2016    Oxunub:2701
ABŞ-ın dövlət katibi Con Kerri 16-17 may tarixlərində Vyanada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirəyə qatılacaq.
AzVision.az RİA Novosti-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi bəyan edib.

O bildirib ki, Kerri 16-17 may tarixlərində Vyanaya səfər edəcək. Burada o, Dağlıq Qarabağ münaqişəsi üzrə görüşdə iştirak edəcək.

“"Dövlət katibi Rusiya və Fransa nümayəndələri ilə birgə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşdə iştirak edəcək".

C.Kerri Vyanada həmçinin Liviya üzrə görüşə və Suriyaya dəstək qrupunun iclasına qatılacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti