94 yaşlı qəhrəman cəbhədə döyüşmək istəyir - VİDEO
1941-ci ildə 18 yaşı olanda Qori şəhərində hərbi təlimlərə qatılan Tofiq Hüseynov Kazak polkunun 45-ci qvardiyasında süvari kimi xidmətə başlayır. At belində Avropanın 4 ölkəsində onlarla şəhərin alman işğalçılarından azad olunmasında xüsusi igidlik göstərir. Tofiq Hüseynov xidməti dövründə 20 medalla təltif olunub.
Tofiq Hüseynov - veteran: "Bizim hərbi hissə Rumıniyanın, Çexoslovakiyanın, Yuqoslaviyanın, Avstriyanın işğalçılardan azad olunmasında xüsusi iştirak edib. Qələbəni 1945-ci ildə Avstriyanın mərkəzi Vyana şəhərində bayram etdik".
Vyana həm də Tofiq Hüseynovun xatirələri ilə vidalaşdığı şəhərdir. Müharibə dövründə çəkdirdiyi şəkilləri Vyanadakı hərbi hissədə əşyaları ilə birlikdə itirib.
Tofiq Hüseynov: "Bizim hərbi hissə Rumıniyanın, Çexoslovakiyanın, Yuqoslaviyanın, Avstriyanın işğalçılardan azad olunmasında xüsusi iştirak edib. Qələbəni 1945-ci ildə Avstriyanın mərkəzi Vyana şəhərində bayram etdik".
95 yaşlı müharibə veteranı bu gün də özünü gümrah hiss edir və sağlamlığından heç də gileylənmir. 2 oğlu və nəvələri olmasına baxmayaraq, o tək yaşamağı xoşlayır. Bu da səbəbsiz deyil.
1989-cu ildə ömür-gün yoldaşını itirən qocaman veteran bu günə kimi məişət qayğılarını özü qarşılayır və bundan da məmnun görünür.
71 ildir veteran şəxsi sücaəti və qəhrəmanlığı bahasına qazandığı medallarını göz bəbəyi kimi qoruyur. Hər ilin 9 May günü medallarla bəzədilən kostyumunu geyinən Tofiq Hüseynov bu gün də şəhərin Xan Bağında Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovun qəbri önündə keçirilən tədbirdə iştirak edib. Arzusu isə müstəqil Azərbaycanın zəfər bayramında iştirakdır. (Region TV)
AzVision.az
Teqlər: