`Manatın məzənnəsi dəyişməyəcək` - Elman Rüstəmov
"Hamını manatla bağlı proqnoz maraqlandırır. Bu, həm daxili, həm də xarici amillərlə bağlıdır. Bugünkü vəziyyət onu deməyə əsas verir ki, ilin sonuna qədər manatın məzənnəsində dəyişiklik gözlənilmir. İqtisadi vəziyyət bunu deməyə əsad verir. Manatın məzənnəsi neft qiymətləri ilə deyil, Azərbaycan Dövlət Neft Fondunun gəlirləri ilə bağlıdır", - deyə, E.Rüstəmov vurğulayıb.
O bildirib ki, ilin əvvəlindən indiyə kimi AMB-nin valyuta ehtiyatları artaraq 4,2 milyard dollara yaxın məbləğə çatıb: "Neftin qiyməti yüksələrsə, təbii ki, strateji valyuta ehtiyatlarımız artacaq".(Report)
AzVision.az