Azərbaycanda keçiriləcək olimpiadanın meydanları - FOTO

Azərbaycanda keçiriləcək olimpiadanın meydanları - FOTO
  22 İyul 2013    Oxunub:1876
Bildiyimiz kimi Bakı 2015-ci il Avropa oyunlarına ev sahibliyi edəcək. Paytaxtda bu nüfuzlu idman hadisəsinə hazırlıq işləri davam etdirilir.
AzVision.az 1news.az-a istinadən Olimpiya oyunlarının keçiriləcəyi dörd əsas tikili ilə tanış edəcək :

“Şəfa” stadionu

Burada oxatma oyunlarının keçiriləcəyi gözlənilir. Stadionun ətrafındakı təmir-bərpa işlərinin 2013-cü ilin sentyabrında yekunlaşacağı gözlənilir.

Heydər Əliyev adına idman konsert kompleksi

Paytaxt Bakının ən müasir idman komplekslərindən biri güləş və cüdo yarışlarını qəbul edəcək. Kompleks 7800 tamaşaçını qəbul etmək iqtidarındadır.

Milli Gimnastika arenası

Burada bədii və idman gimnastikası üzrə yarışlar keçiriləcək. Kompleks 9 min tamaşaçı üçün nəzərdə tutulub.

Beynəlxalq üzgüçülük mərkəzi

Adıçəkilən mərkəz Bayraq Meydanının cənub hissəsində yerləşəcək. Mərkəzin tikintisi 2015-ci ilin əvvəlində yekunlaşacaq.

Qalereya




Teqlər:





Xəbər lenti