Bakıda ata oğlunun sevgilisini öldürdü

Bakıda ata oğlunun sevgilisini öldürdü
  28 Aprel 2016    Oxunub:1933
Bakıda qətl törədilib.
AzVision.az xəbər verir ki, Suraxanı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Yuri Raskov oğlu ilə qeyri-rəsmi nikahda olduğu 1982-ci il təvəllüdlü İnna Berezuyevanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib.

Hadisəni törədən Y. Raskov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

AzVision.az


Teqlər:





Xəbər lenti