Mərkəzi Bank manatın kursuna necə təsir edir?

Mərkəzi Bank manatın kursuna necə təsir edir?
  27 Aprel 2016    Oxunub:2092
“Mərkəzi Bank yenidən hərraca qayıtdı və bu dəfə alıcı qismində. Dövlət Neft Fondu öz xərcləmələri üçün dolları satmalıdır və əgər bu valyutanı banklar almasalar o zaman Mərkəzi Bank alacaq”.
AzVision.az xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank hərraca daxil olmaqla manatın məzənnəsinin möhkəmlənməsinin qarşısını almış olur: “Bu əslində, ondan xəbər verir ki, Mərkəzi Bank məzənnəyə istənilən zaman təsir etmək imkanını özündə saxlayır. Deməli, manatı məzənnəsinin müəyyənləşdirilməsində indi Mərkəzi Bank bazardan daha çox rıçaqlara malikdir. Belə görsənir ki, manatın məzənnəsi imkan daxilində müəyyənləşdirilmiş koridorda saxlamağa çalışılır. Təbii ki, bu eyni zamanda birbaşa manat bazasının hansı səviyyədə böyüməsindən asılı olacaq”.

V.Bayramov qeyd edib ki, hələlik Mərkəzi Bankın bir neçə 10 milyonluq alqı-satqıları bazara ciddi iqtisadi təsir göstərmir. Daha çox psixoloji təsirlər hiss edilir:

“Amma Mərkəzi Bank alıcı statsunu bir müddət saxlayarsa, bu manat bazasının artmasına və dollara tələbin yüksəlməsinə səbəb ola bilər. Təbii ki, burada idxal-ixrac əməliyyatları, real sektora yatrımlar, bankların kreditləşmə səviyyəsi kimi faktorlar da ciddi təsirə malikdir. Hələliksə, Mərkəzi Bank öz resepti üzrə manat bazasını məhdudlaşdırmaq və sadəcə zəruri hallarda bazara daxil olub kursa təsir etmək və öz ehtiyatlarını artırmağa çalışacaq. Sözügedən bank hərracda alıcı kimi fəal olacağı halda isə dolların manata nisbətən mərhələli möhkəmlənməsi müşahidə ediləcək”.

AzVision.az


Teqlər:  





Xəbər lenti