Bakı Limanı yeni texnologiyadan istifadə edəcək
İki Sinqapur şirkəti Bakı Limanında və Azad Ticarət Zonasının əməliyyatlarında Qrup Avtomatik Tranzit Sistemi (süni intillektlə sürücüsüz idarə olunun nəqliyyat vasitəsi), Vahid Əməliyyat və Nəzarət Mərkəzi, Avtomatlaşdırılmış Anbar və Axtarış Sistemi, Portal Təhlükəsizlik Sistemi və digər yeni texnologiya və innovativ sistemlərin təqdim edilməsi istiqamətində dəstək verəcəklər. Bu əməkdaşlıq nəticəsində regionda ilk dəfə sürücüsüz daşıma, yəni öz-özünü idarə edən və süni intillektə sahib nəqliyyat vasitələrinin istifadəsi də məhz Bakı Limanında tətbiq olunacaq.
“Bu memorandum Bakı Limanına Xəzər regionunda nümunəvi və texnoloji baxımdan ən müasir limana çevrilmək məqsədinə daha tez çatmağa kömək edəcəkdir” deyə Taleh Ziyadov vurğuladı. “Biz Bakı Limanının müştəriləri və istifadəçiləri üçün ekoloji cəhətdən təmiz texnoloji həllərin yaradılması missiyasında Sinqapurlu tərəfdaşlarımızın dəstəyini yüksək qiymətləndiririk” deyə Baş Direktor bildirib.
Sinqapurda ilk vahid ictimai metro, avtobus və taksi idarəetmə sistemi quran SMRT International MMC, SMRT Korporasiya MMC-nin tam mülkiyyətində olan törəmə şirkətdir. SMRT International əməliyyatlar və təmir, mühəndislik, konsaltinq və layihə idarəedilməsi üzrə beynəlxalq səviyyədə ixtisaslaşıb. Ectivise Solutions geniş miqyaslı şəbəkə planlaşdırılması, Passiv Optik Şəbəkələr və İnteqrasiya olunmuş Optik Magistral Arxitekturası kimi İKT yönümlü infrastruktur texnologiyaları üzrə peşəkar xidmətlər göstərir.
Azərbaycan höküməti hal-hazırda Bakının Ələt qəsəbəsi yaxınlığında özündə nəqliyyat və logistika sənayesi, əczaçılıq klasteri, ümumi istifadə üçün neft təchizatı bazası obyektləri, o cümlədən emaletmə, qablaşdırma və etiketləmə ərazilərini birləşdirən Azad Ticarət Zonası da daxil olmaqla müasir liman kompleksi inşa etməkdədir. Bu ölkə prezidenti cənab İlham Əliyevin Azərbaycanın qeyri-neft sektorunun gücləndirilməsi istiqamətində qurulan mərkəz strategiyanın (“hub” strategiyası) bir hissəsidir. Avropa və Asiyanın qovşağında, Çin, Türkiyə, İran və Rusiya kimi böyük bazarların yaxınlığında yerləşən yeni Bakı Limanı Avrasiyanın aparıcı ticarət və logistika qovşağına çevrilməyi hədəfləyir.
Qeyd edək ki, SMRT International Pte MMC və Ectivise Solutions Pte MMC mütəxəssisləri yeni Bakı Limanına səfər ediblər, Ələt terminalı və onun ətrafında yaradılması nəzərdə tutulan Azad Ticarət Zonasının ərazisi ilə tanış olublar.
AzVision.az
Teqlər: