`OPEC-in gələcəyi yoxdur` - Vahid Ələkbərov

`OPEC-in gələcəyi yoxdur` - Vahid Ələkbərov
  24 Aprel 2016    Oxunub:2297
OPEC daxili siyasi mövqe müxtəlifliyi səbəbindən tənzimləyici funksiyanı yerinə yetirmək durumunda deyil və islahatlara ehtiyacı var.
Bunu “Lukoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov Almaniyanın “Welt am Sonntag” qəzetinə müsahibəsində bildirib.

V. Ələkbərov deyib ki, OPEC-də mütləq islahatlar aparılmalıdır: “OPEK üzv ölkələr arasında fəaliyyəti koordinasiya etmək üçün yeni rıçaqlar hazırlamalıdır. İndiki formada OPEK-in gələcəyi yoxdur, onun imkanları tükənib”.

Aprelin 17-də Qətərin paytaxtı Doha şəhərində keçirilən OPEC-in iclası uğursuz nəticələnib. İclasda təşkilata daxil olan dövlətlərlə yanaşı olmayanlar da iştirak edib.

Görüşün məqsədi neftin hasilatını 2016-cı ilin yanvar ayı səviyyəsində saxlanılması barədə qərar qəbul etmək idi. Bütün səylərə baxmayaraq, Səudiyyə Ərəbistanı irəli sürdüyü şərtini geri götürməyib. Səudiyyə Ərəbistanının İran ilə ziddiyyətli münasibətləri neftin hasilatının “dondurulmasına” imkan verməyib.

AzVision.az


Teqlər:





Xəbər lenti