Ekvadorda 8 günlük matəm elan olunub

Ekvadorda 8 günlük matəm elan olunub
  24 Aprel 2016    Oxunub:1301
Ekvador prezidenti Rafael Korrea güclü zəlzələ nəticəsində həlak olanların xatirəsinə səkkiz günlük matəm elan edilməsinə dair sərəncam imzalayacağını bildirib.
AzVision.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, hakimiyyət dairələrinin son məlumatına görə, aprelin 16-da baş verən 7,8 bal gücündə zəlzələ 646 nəfərin həyatına son qoyub, bir neçə yaşayış məntəqəsini dağıdıb.

Prezident bildirib ki, həlak olanlarla yanaşı, 130 nəfər itkin düşüb, təxminən 12,5 min nəfər yaralanıb, 26 mindən çox insan müvəqqəti sığınacaqlarda yerləşdirilib.

Xilasetmə işləri zamanı dağıntılar altından 113 nəfəri sağ çıxarmaq mümkün olub, 27 ölkə Ekvadora kömək göstərib.

AzVision.az


Teqlər:





Xəbər lenti