Eyni vaxta 50 nəfərə zəng etmək imkanı – `Facebook`-da

Eyni vaxta 50 nəfərə zəng etmək imkanı – `Facebook`-da
  21 Aprel 2016    Oxunub:2240
`Facebook` şirkəti öz menecerində qrup halında səsli danışmaq funksiyasını istifadəyə verib.
AzVision.az xəbər verir ki, bu barədə sosial şəbəkəsindəki səhifəsində tətbiqin yaradılması üzrə qrupu rəhbəri Devid Markus yazıb.

Eyni zamanda bir neçə istifadəçiyə zəng etmək üçün qrup çatında telefon dəstəyi olan düyməni basmaq lazımdır. Əgər qrup üzvlərindən kimsə gələn zəngi buraxsa, onda o sonradan qrupun danışığına qoşula bilər. Qrup danışığına 50 nəfərə qədər istifadəçi əlavə etmək olar.

Markusun sözlərinə görə, `Messenger` tətbiqinin sonun versiyasını istifadə edən istifadəçilər günün sonuna qədər bu funksiyadan istifadə edə biləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti