Neftimiz 45 dollara çatdı

Neftimiz 45 dollara çatdı
  21 Aprel 2016    Oxunub:1566
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar azalaraq 43,91 dollar təşkil edib.
AzVision.az-ın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,25 dollar azalaraq 45,55 dollar olub.

Bundan başqa Azərbaycan neftinin qiyməti artıb. Belə ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,48 dollar və ya 1,08% artaraq 44,91 dollar təşkil edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti