Əcnəbi işçilər dövlət sığortasından azad edilir

Əcnəbi işçilər dövlət sığortasından azad edilir
  18 Aprel 2016    Oxunub:2230
Azərbaycan Milli Məclisinin Əmək və Sosial siaysət komitəsinin bu gün keçirilən iclasında “Sosial sığorta haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.
AzVision.az xəbər verir ki, layihə barədə komitə sədri Hadi Rəcəbli məlumat verib.

Qanunun 12-ci maddəsinə edilən əlavə və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilər 2016-cı il mayın 1-dən 5 il müddətinə məcburi dövlət sığortasından azad edilir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti