Sahibkarların Diqqətinə: Yoxlamalar istənilən vaxt bərpa edilə bilər

Sahibkarların Diqqətinə: Yoxlamalar istənilən vaxt bərpa edilə bilər
  18 Aprel 2016    Oxunub:3926
Vergilər Nazirliyi hökumət üzvləri ilə birlikdə Azərbaycan üçün strateji məhsulların siyahısını müəyyənləşdirib, differensasiya məsələsinə baxa bilər.

AzVision.az xəbər verir ki, bunu parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva bildirib.

Baş idarə rəisi bildirib ki, Vergilər Nazirliyi də beynəlxalq təcrübəni öyrənir, ayrı-ayrı dövlətlərdə vergi dərəcələrini araşdırır: “Məlumat üçün bildirim ki, Avropa ölkələrində ƏDV-nin orta dərəcəsi 20 faizdir. Ona görə də bizdə hazırki 18 faizi bütün Avropa ilə müqayisə etsək aşağı göstəricidir. Hazırda vergi dərəcələrində differensassiya var. Strateji məhsullar, qida sənayesi, uşaq geyimi, məhsulları, kiçik sahibkarlığın istehsal etdiyi məhsullar ƏDV-nin aşağı dərəcəsi müəyyən olunub. Təbii ki, Vergilər Nazirliyi də hazırdır ki, hökumət üzvləri ilə birlikdə məhz Azərbaycan üçün həmin strateji məhsulların siyahısını müəyyənləşdirib, differensasiya məsələsinə baxılsın. Biz həmin təşəbbüslərin üzərində ciddi şəkildə işləməyə hazırıq."

O bildirib ki, hazırda bir sıra yoxlamaları dayandıran Vegilər Nazirliyi ehtiyac olduğu təqdirdə onları istənilən zaman bərpa edə bilər: "Vergilər Nazirliyi kollegiya qərarı ilə kiçik sahibkarlıqda və sadələşdirilmiş vergi ödəyicilərində müəyyən yoxlamalar - əmək müqaviləsinin bağlanmaması, lisenziyasız fəaliyyət göstərmək, aksiz markası ilə markalanmış malların markalanmasına nəzarətlə bağlı yoxlamalar istisna olmaqla digər yoxlamaları müvəqqəti olaraq dayandırıb. İstənilən vaxt həmin sahədə hər hansı bir problem barədə siqnal daxil olarsa həmin sahələri vergi nəzarəti tədbiri ilə əhatə edib yoxlaya biləcəyik."-deyə, S.Musyeva qeyd edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti