Gürcüstandan avtomobil idxalı kəskin azalıb

Gürcüstandan avtomobil idxalı kəskin azalıb
  18 Aprel 2016    Oxunub:1371
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 1 362 ədəd avtomobil idxal olunub.
AzVision.az Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 8 673 ədəd avtomobil və ya 7,37 dəfə azalıb.

Ölkəyə gətirilən avtomobillərin 19 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 1 235 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 97 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 11 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Bundan baqşa bu ilin 1-ci rübündə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 416,9 milyon manat daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,9% çoxdur.

Daxilolmaların 25,7%-i və yaxud 107,1 milyon manatı gömrük rüsumlarının, 71,5%-i və yaxud 298,2 milyon manatı əlavə dəyər vergisinin, 1,5%-i və yaxud 6,1 milyon manatı aksiz vergisinin, 1,3%-i və yaxud 5,5 milyon manatı isə yol vergisinin payına düşüb.

AzVision.az


Teqlər:





Xəbər lenti