`Neftlə bağlı ümidlər dəfn olundu` - Ekspert
O, qeyd edib ki, OPEK-in Dohada razılığa gələ bilməməsinə birja qısa zamanda reaksiya verib: “Neftin qiyməti ilk birja günündə 5 faizə yaxın aşağı düşdü. Beynəlxalq analitiklər qiymət azalmalarının davam edəcəyini proqnozlaşdırırlar. Beləcə, neftin qiymətinin yenidən yüksələcəyi ilə bağlı bir sıra neft ölkələrində formalaşan ümidlər “dəfn olundu”. Belə görsənir ki, OPEK və digər aparıcı istehsalçılar oktyabr ayınadək hasilatın dondurulmasını məsələsini gündəmdən çıxartdılar. Doha Görüşü əslində bir daha “neft bumu dövrnə” qayıtmağın çətin olacağına və hətta mümkünsüzlüyünə işarə idi”.
V.Bayramovun sözlərinə görə, neft ölkəsi olan Azərbaycan üçün Doha görüşü əhəmiyyətli idi: “Neftin dünya bazar qiymətindəki aşağı düşmələr ölkəyə daxil olan valyutanın azalmasına səbəb olacaq. Valyuta daxilolmalarının artırmağın yeganə yolu islahatların sürətləndirilməsidir. Struktur islahatları, liberallaşma və geniş miqyaslı elektronlaşma qeyri-neft sektorunun inkişafını stimullaşdıra bilər. Artıq bütün neft ölkələri qara qızılın qiymətində daha kəskin azalmalara hazır olmalıdırlar. Bu hazırlıq isə yeni iqtisadi islahatlar paketinin hazırlanmasından keçir”.
AzVision.az