Neftin qiyməti kəskin ucuzlaşdı

Neftin qiyməti kəskin ucuzlaşdı
  18 Aprel 2016    Oxunub:2231
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,89 dollar azalaraq 38,47 dollar təşkil edib.
AzVision.az-ın məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 1,73 dollar azalaraq 41,37 dollar olub.

Neftin ucuzlaşmasına OPEC-ə üzv ölkələr Qatarın paytaxtı Doha şəhərində keçirdikləri görüşdə neftin hasilatının səviyyəsinin "dondurulması" ilə bağlı razılığa gələ bilməməsi olub. Görüşdə 17 ölkə, o cümlədən OPEC-də təmsil olunmayan Azərbaycan, Rusiya, Meksika, Qazaxıstan və Oman iştirak edib.

Eyni formatda növbəti görüşün ilin iyununda keçirilməsi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti