Bakıda `KÜNİB 2016-cı il Təhsil Sərgisi` keçiriləcək

Bakıda `KÜNİB 2016-cı il Təhsil Sərgisi` keçiriləcək
  15 Aprel 2016    Oxunub:3707
16-17 aprel 2016-cı il tarixlərində Bakı şəhəri, Park İnn By Radisson” otelində Qafqaz Universitetlər Birliyi (KÜNİB), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Yaradıcılıq Fondu və “English Time” Dil Məktəbinin təşkilatçı dəstəyi ilə “KÜNİB 2016-cı il Təhsil Sərgisi” keçiriləcək.
Bu barədə Bilik Fondundan AzVision.az-a daxil olan məlumatda bildirilir.

2014-cü ildən etibarən təşkil edilən Təhsil Sərgisində bu il Türkiyənin təxminən 30-a yaxın nüfuzlu universiteti, Amerika Birləşmiş Ştatlarının və Azərbaycanın tanınmış universitetləri ilə yanaşı 2000 şagird və tələbə, eyni zamanda, sərgi ilə əlaqədar bir çox şəxsin iştirakı nəzərdə tutulub.

Qeyd:
Fəaliyyət proqramı
Sərginin açılış mərasimi – 11:00
Mətbuat toplantısı – 12:00
Nahar yeməyi – 12:30
Ünvan: “Park İnn By Radisson Otel Bakı”

Edar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti