Yaponiyada güclü zəlzələ: 3 ölü, 200 yaralı

Yaponiyada güclü zəlzələ: 3 ölü, 200 yaralı
  15 Aprel 2016    Oxunub:2277
Yaponiyanın Kumamoto prefekturasında güclü zəlzəl baş verib. 6,5 bal gücündə qeydə alınan zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 200 nəfər yaralanıb.
AzVision.az “TASS” agentliyinə istinadən xəbər verir ki, yeraltı təkanlardan ən çox Masiki qəsəbəsi zərər çəkib.

Hadisə nəticəsində 20 binanın uçduğunu, yanğınların meydana gəldiyi və magistral yolunun sıradan çıxdığı bildirilir.

Zəlzələnin episentri Küsü adasının Kumamoto prefekturasında, 20 km dərinlikdə qeyd alınıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti