ƏDV-nin azaldılması təklif edildi
`Daxili istehsalın idxalla müqayisədə üstünlük əldə etməsi üçüq Azərbaycandan xaricə hazır məhsulların ixracı həvəsləndirilməlidir. Bu məqsədlə atılmalı olan əsas addımlardan biri əlavə dəyər vergisinin (ƏDV) dərəcəsinin differensiallaşdırılması, yəni ayrı-ayrı sahələr üzrə fərqli dərəcələrin tətbiqidir.
Şaxələndirilmiş iqtisadi modellərə malik əksər ölkələrdə (Avstriya, Almaniya, Belçika, Böyük Britaniya, İsveç, Niderland, Türkiyə, Fransa, Çin və s.) ƏDV-nin standart dərəcəsinin mal (iş, xidmət) qrupları üzrə fərqlənir.
Məsələn, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrdə əlavə dəyər vergisinin standart dərəcəsi ilə yanaşı ilkin tələbat malları (işləri, xidmətləri) üzrə azaldılmış dərəcələrdən də geniş istifadə edilir.
Bunu əsas götürən palata qeyri-neft sektorunun daha da şaxələndirilməsi və daxili istehsalın artırılması, istehlakın stimullaşdırılması, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə əlavə dəyər vergisinin 18 faiz səviyyəsində müəyyən edilmiş dərəcəsinin differensiallaşdırılmasını tövsiyə edib - deyə, qurumdan bildirilib.
İlkin Nəcəfzadə
AzVision.az