Manat bir il ərzində sabit qalacaq

Manat bir il ərzində sabit qalacaq
  13 Aprel 2016    Oxunub:2928
Azərbaycanda milli valyutanın məzənnəsi yaxınmüddətli perspektivdə - 6-12 ay ərzində sabit qalacaq.
Bunu Bakıda" Fitch" beynəlxalq reytinq agentliyin maliyyə təşkilatları üzrə analitik qrupun direktoru Dmitri Vasilyev Azərbaycan üzrə beşinci illik görüş çərçivəsində jurnalistlərə deyib.

Onun sözlərinə görə, neftin qiymətlərinin aşağı səviyyədə nə qədər çox qalmasından, hökumətin buna cavabından (neftin ucuz qiymətlərinə cavab olaraq hansı addımlar atılacaq) çox şey asılıdır.

Agentlik nümayəndəsi qeyd edib ki, 2015-ci ilin yekunları üzrə vaxtı ötmüş (90 gündən artıq) kreditlərin həcmi 15 faizə çatıb, lakin 2016-cı ildə onun payı artacaq, çünki dekabr devalvasiyasının effekti yalnız bu ilə nəzərə çarpacaq.

Onun fikrincə, sektorun dollarlaşması banklar üçün əsas risklərdən biri olaraq qalır.(Trend)




Teqlər:  





Xəbər lenti