Masallıda insana oxşayan qədim daşlar tapıldı - FOTO+VİDEO

Masallıda insana oxşayan qədim daşlar tapıldı - FOTO+VİDEO
  13 Aprel 2016    Oxunub:3730
Masallının Xanalyon kənd sakinləri kənd qəbiristanlığının ərazisindən, həmçinin həyətlərdə qazıntı işləri apararkən aşkarladıqları müxtəlif fiqurlu və əmək alətlərini xatırladan daşlardan çoxunu bir araya toplayıblar.

Sakinlər, ilk baxışdan əl əməyinin məhsulu olduğu görünən bu daşların tarixi keçmişimizin bir parçası olduğuna inanırlar.

Maqsud Şirəliyev - kənd sakini: "Öz həyətimdə hovuz qazmaq istəyirdim. 2 metrə yaxın qazdıqdan sonra orada müxtəlif növ daşların olduğunu gördüm. Təbiət belə bir daşı öz-özünə yarada bilməz".

Əkrəm Cabbarov - kənd sakini: "İnsanaoxşar daşlar, taxıl döymək üçün və üzərində ayaq izləri olan daşlar da var".



Kənd sakinləri bildirirlər ki, xanın yaşadığı yer anlamını verən Xanalyon kəndi dəniz səviyyəsindən yüksəklikdə yerləşdiyi üçün burada məskulaşma ətraf yaşayış məntəqələrindən xeyli əvvəl olub. Elə aşkarlanan daşlar da bu anlama gəlir.

Hələ ki, bu daşlarla maraqlanan və ya onların yaşını araşdırmağa təşəbbüs göstərən olmayıb. Lakin, deyəsən, bu daşların həqiqi tarixi yaşının müəyyən edilməsinə az qalıb. Arxeologiya və Etnoqrafiya İnstitutu cənub bölgəsi rayonlarında tədqiqat işlərini mərhələli şəkildə davam etdirir. Araşdırmalardan sonra bu daşların da, kəndin də tarixinin dəqiq yaşı məlum olacaq. (Region TV)


Teqlər:





Xəbər lenti