Neftin qiyməti maksimum həddə çatdı

Neftin qiyməti maksimum həddə çatdı
  12 Aprel 2016    Oxunub:2820
Dünya birjalarında neftin qiymətində bahalaşma müşahidə olunur.
AzVision.az-ın məlumatına görə, hazırda dünya bazarlarında “Brent” markalı neftin bir barelinin qiyməti 1,45 faiz artaraq barelli 43,46 dollar olub.

“WTI” markalı neftin qiymətində də bahalaşma qeydə alınıb. “Texas” markalı neftin bir barelinin qiyməti hazırda 40.82 dollar müəyyən olunub.

Keçirilən ən son hərraclarda “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 3,19 dollar bahalaşaraq 42,72 dollar təşkil edib.

Qeyd edək ki, neftin qiyməti sonuncu dəfə ötən ilin dekabrın əvvəllərində bu qiymətdən satılıb.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:





Xəbər lenti