Azərbaycanda 2,5 milyondan çox insanın kredit borcu var

Azərbaycanda 2,5 milyondan çox insanın kredit borcu var
  11 Aprel 2016    Oxunub:3173
2016-ci ilin fevral ayının yekunlarına görə, Azərbaycanda 2 milyon 555 min 645 nəfər kredit götürüb.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Mərkəzi Bankı (AMB) yanında Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti yayıb.

Qeyd olunub ki, kredit götürənlərin 11 min 339-u hüquqi, 2 milyon 520 min 172 nəfəri isə fiziki şəxslərdir.

Bundan başqa fevral ayının yekunlarına görə, zamin şəxslərin sayı 1 milyon 216 min 844 nəfərdir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti