“Facebook”-dan daha bir yenilik

“Facebook”-dan daha bir yenilik
  08 Aprel 2016    Oxunub:1890
“Facebook” sosial şəbəkəsinin görmə imkanı məhdud şəxslər üçün istifadəyə verdiyi yeni funksiya onlara şəkildə təsvir edilmiş obyekti “görmək” imkanı yaradacaq. Həmin funksiya avtomatik olaraq şəklin qısa mətn təsvirini tərtib edəcək və ucadan səsləndirəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutundan AzVision.az-a bildiriblər ki, vesti.ru saytının məlumatına görə , artıq görmə imkanı məhdud şəxslər süni intellektin köməyi ilə şəkildə təsvir edilmiş obyekt barədə daha dolğun məlumat əldə edə biləcəklər.

“Facebook”un maşın təlimi alqoritmləri fotoda təsvir edilmiş obyektləri müəyyənləşdirəcək və ucadan səsləndirəcək. Məsələn, “Bu şəkildə səma, ağac təsvir edilib”.

Yeni funksiya hələlik “iOS” platforması ilə işləyən qurğulardan sosial şəbəkələrin ingilisdilli versiyasına daxil olan istifadəçilər üçün əlyetərlidir. Bu funksiyadan istifadə etmək üçün “VoiceOver” (“Sazlamalar” – “Əsaslar” – “Universal giriş”) səs müşayiəti proqramını aktivləşdirmək lazımdır.

Şirkətin nümayəndəsi Ceff Vilandın sözlərinə görə, tezliklə təsvirin tanınması funksiyası “Android” ilə işləyən smartfonlar üçün əlyetərli olacaq və digər dilləri dəstəkləyəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti