ASAN Hacıqabul sakinlərinə xidmət edir
“ASAN xidmət” mərkəzinin müasir texnoloji avadanlıqla təchiz edilmiş xüsusi avtobusları fevralın 28-dən Hacıqabul rayonundadır. Mərkəzin əməkdaşları Hacıqabul rayonunun sakinlərinə 5 dövlət orqanına aid hüquqi və yardımçı xidmətlər göstərir.
Sakinlər daha çox şəxsiyyət vəsiqələrinin və ümumvətəndaşlıq pasportlarının alınması və dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların alınması, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri və mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciət edirlər.
Yerli sakinlər operativlik, şəffaflıq, nəzakətlilik prinsipləri üzərində qurulan xidmətlərdən razılıqlarını bildirirlər.
Xidmətin əməkdaşları aprelin 11-dək Hacıqabulda olacaqlar.
AzVision.az