Neft Fondu cəmi 1 milyon dollar sata bildi

Neft Fondu cəmi 1 milyon dollar sata bildi
  01 Aprel 2016    Oxunub:2177
Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən keçirilən valyuta hərracına Dövlət Neft Fondu (ARDNF) tərəfindən 100 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb.
Fonddan AzVision.az-a verilən məlumata görə, ARDNF tərəfindən satışa çıxarılan vəsaitdən 1 mln. dollar 1 kommersiya bankına satılıb.

Qeyd olunub ki, il ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti