Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
  01 Aprel 2016    Oxunub:1554
Bakıda və Abşeron yarımadasında aprelin 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskinli olacağı ehtimalı var. Gündüz cənub küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 10-15, Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacaq.

Həmçinin Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, dağlıq rayonlarda qar yağacağı, duman olcağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti