Beş medalla qayıtdılar

Beş medalla qayıtdılar
  16 İyul 2013    Oxunub:1529
Rusiyanın Kazan şəhərində keçirilən Tələbələrin 27-ci Ümumdünya Universiadasında güləş yarışları davam edir.
AzVision.az Güləş Federasiyasına istinadən xəbər verir ki, yarışların beşinci günündə 55 və 66 kq çəkidə yunan-Roma güləşi üzrə müsabiqə keçirilib.

55 kiloqram çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli 1/8 finaldan Braziliya güləşçisi Rafael Kamarqosu (8:0) məğlub edib. 1/4 finalda E.Əzizli Qırğız Eldiyar Beqaliyevlə qarşılaşıb. Görüşü (4:3) qələbə ilə başa vuran güləşçimiz yarımfinala yüksəlib. Yarımfinalda E. Əzizli Rusiya güləşçisi İvan Tatarinovla görüşü məğlub başa vurub. Həlledici görüşdə E. Əzizli Türkiyə güləşçisi Ferhat Tekini (6:2) məğlub edərək bürünc medala sahib olub.

66 kiloqram çəki dərəcəsində 1/16 finaldan yarışa başlayan Rəsul Çunayev Alman Toni Stade üzərində (7:0) inamlı qələbə qazanıb. Növbəti mərhələdə Polşalı Griqorz Vankeni (8:0) məğlub edən Rəsul 1/4 finala yüksəlib. Bu mərhələdə güləşçimiz Türkiyə güləşçisi Muhammet Kocatinazını (6:0) məğlub edib. Yarımfinalda Rəsul Çunayev iranlı Afşin Byabanqardı (7:1) mübarizədən kənarlaşdırıb. Finalda Rəsul Çunayev Rusiya güləşçisi İslambek Albiyev üzərində inamlı (8:0) qələbə qazanaraq qızıl medala sahib olub.


Teqlər:





Xəbər lenti