SOCAR Acarıstanın qazını kəsdi

SOCAR Acarıstanın qazını kəsdi
  29 Mart 2016    Oxunub:2147
Martın 29-dan aprelin 3-dək Gürcüstanın Muxtar Respublikası olan Acarıstanın bütün istehlakçıları üçün qaz tədarükü dayandırılacaq.
AzVision.az xəbər veri ki, SOCAR-ın Gürcüstandakı törəmə şirkətinin yaydığı məlumatda deyilir ki, buna səbəb Kobuleti-Batumi magistral avtomobil yolunda aparılan təmir işləridir:

“Yerdəyişmə işləri eyni vaxtda tikilməkdə olan avtomagistralın və magistral qaz boru kəmərinin 6 məntəqəsində həyata keçiriləcək. SOCAR “Georgia Gas” abonentlərindən üzr istəyir. Əhalidən olduqca diqqətli olmağı xahiş edirik. Bu müddət ərzində regional ofislərimiz 24 saatlıq rejimdə çalışacaq”, - deyə məlumatda qeyd olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti