SOCAR yeni quyu qazır

SOCAR yeni quyu qazır
  28 Mart 2016    Oxunub:1848
“Neft Daşları” yatağındakı 2150 saylı meydançadan 2161 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Bu barədə AzVision.az SOCAR-ın saytına istinadən məlumat verir.

“Azneft” İstehsalat Birliyi “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 1860 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.


Teqlər:





Xəbər lenti