Azərbaycanda əhalinin gəlirləri artıb
Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsinin 2016-cı ilin ilk iki ayı üzrə hesabatında deyilir.
Hesabata əsasən, həmin dövr üzrə əhalinin adambaşına düşən gəlirlərin həcmi 673,3 manat təşkil edib ki, bu göstərici də ötən ilin analoji dövrü ilə müqayisədə 9 % artıqdır.
Hesabata əsasən, əhalinin sərəncamında olan gəlirlər göstərilən hesabat dövrü ərzində 5,77 milyard manat təşkil edib. Bu göstərici də ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 9.4 % çoxdur.
Əhalinin adambaşına sərəncamında olan gəlirləri 2015-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 8,1 % artaraq 601,4 manat təşkil edib.
AzVision.az