Azərbaycanda bu məhsulların istehsalı artıb

Azərbaycanda bu məhsulların istehsalı artıb
  24 Mart 2016    Oxunub:2374
Azərbaycanda ət, süd, yumurta istehsalı artıb. AzVision.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən trend-ə bildiriblər.

Kənd təsərrüfatının mühüm sahəsi olan heyvandarlıqda son illər sürünün cins tərkibinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər heyvandarlıq məhsullarının istehsalına müsbət təsirini göstərib. Heyvandarlıq təsərrüfatlarında mal-qaranın qışlaması davam edir.

Cari ilin yanvar-fevral aylarında ölkə üzrə diri çəkidə 73,4 min ton ət, 290,1 min ton süd, 270,9 milyon ədəd yumurta istehsal edilib.

2015-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz, süd istehsalı 3,8 faiz, yumurta istehsalı 4,7 faiz artıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti