Neft və qızıl yenə ucuzlaşdı

Neft və qızıl yenə ucuzlaşdı
  24 Mart 2016    Oxunub:2747
Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin qiyməti 1,15 dollar, yaxud 2,81% ucuzlaşaraq 39,79 dollar/barel təşkil edib.
AzVision.az-ın məlumatına görə, "Brent" markalı neft isə 0,89 dollar və ya 2,15% ucuzaşaraq 40,47 dollar/barelə bərabər olub.

Neftin ucuzlaşmasına səbəb ABŞ-ın neft ehtiyatlarının həcminə dair hesabatın açıqlanması səbəb olub. Hesabata əsasən, Birləşmiş Ştatların neft ehtiyatlarının artım həcmi proqnozlaşdırılan həcmdən 3 dəfə çoxdur.

Bundan başqa COMEX-də qızılın bir unsiyasının qiyməti 4,80 dollar, yaxud 0,39% ucuzlaşaraq 1 219,20 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1173 (-0,07%) təşkil edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti