`Qaz təchizatı yenidən qurulacaq` - Rövnəq Abdullayev
R.Abdullayevə və qonaqlara məlumat verilib ki, 271 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 11 630 metr təşkil edən müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Kəndə təbii qazın verilməsini bildirən rəmzi məşəli alovlandıran R.Abdullayev kənd sakinlərini Novruz bayramı münasibətilə təbrik edib, onlara uzun ömür, möhkəm cansağlığı, xoşbəxt günlər, dövlətimizə sülh və tərəqqi arzulayıb. Son illər Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkənin hər yerində qaz təchizatı sisteminin genişləndirilməsi və yenidən qurulması istiqamətində görülən işlərin böyük vüsət aldığını söyləyən R.Abdullayev kənd və qəsəbələrin qazlaşdırılması proqramının uğurla həyata keçirildiyini bildirib, bu əziz bayram günündə Oğuzun Böyük Söyüdlü kəndinə ilk dəfə qaz verilməsinin sakinlərin sevincinə sevinc qatdığını qeyd edib.
Ölkə üzrə yaşayış məntəqələrinin sürətli templərlə qazlaşdırılmasının əhalinin rufah halının yüksəldilməsinə, insanların daha firavan yaşamalarına qulluq etdiyini vurğulayan SOCAR prezidenti bu istiqamətdə görülən məqsədyönlü işlərin bundan sonra da davamlı şəkildə həyata keçiriləcəyini söyləyib.
Tədbirdə çıxış edən kənd sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Böyük Söyüdlü kəndinə təbii qazın verilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
AzVision.az