`Əkiz kometlər` sabah Yerin yanından keçəcək - VİDEO

`Əkiz kometlər` sabah Yerin yanından keçəcək  - VİDEO
  20 Mart 2016    Oxunub:4671
`Əkiz kometlər` adlanan iki komet sabah Yerin yaxınlığından keçəcəklər.

AzVision.az NASA-nın saytına istinadla xəbər verir ki, kometlər Yerə rekord dərəcədə yaxın məsafədən keçəcəklər.

Kometlərdən biri – 230 metr uzunluğu olan 252P/LINEAR sabah, martın 21-də Bakı vaxtı ilə saat 15:14-də planetimizin 5,2 milyon kolimetrliyindən keçəcək.

Onun `əkizi` - P/2016 BA14 kometi iə martın 22-də saat 18:30-da daha yaxından – Yerin 3,5 milyon kilometrliyindən keçəcək.

Bu kometlər bir-birilə praktik olaraq identikdirlər. Onlardan birincisi 2000-ci ildə, ikincisi isə bu ilin yanvarında kəşf olunmuşdu.



Tariyel
AzVision.az



Teqlər:





Xəbər lenti