`FES-in qərarı manata təsir etmir` - RƏSMİ
"Xarici valyutaya olan tələb əsasən tədiyyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmindən asılıdır. Aparılan təhlillər göstərir ki, 2015-ci ildə məzənnədə baş vermiş dəyişikliklər ölkənin tədiyyə balansına tarazlaşdırıcı təsir göstərməkdədir. Bundan başqa ölkədə dedollarizasiya istiqamətində görülən tədbirlər də valyutaya tələbə təsir göstərən mühüm amillərdəndir", - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, FES-in 15-16 mart tarixlərində keçirdiyi iki günlük iclasın yekununda uçot dərəcəsi dəyişməyərək 0,25-0,50% diapazonunda saxlanıb. Bu qərardan sonra dollar əksər valyutalara nəzərən ucuzlaşmağa başlayıb.
AzVision.az
Teqlər: