Birinci xanım ADA Universitetində - FOTOLAR

Birinci xanım ADA Universitetində - FOTOLAR
  17 Mart 2016    Oxunub:4826
ADA Universitetində “Qlobal perspektivə dair məruzələr seriyası” çərçivəsində “İqlim dəyişmələri və qlobal istiləşmə” mövzusunda elmi mühazirə dinlənilib.
Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycan Mühəndislik Akademiyasının (AMA) prezidenti, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Milli Məclisin deputatları, xarici ölkələrin səfirləri, ADA Universitetinin və ölkəmizin digər ali məktəblərinin tələbələri iştirak ediblər.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov diqqətə çatdırıb ki, Azərbaycan hökuməti beynəlxalq təşkilatlar və öz ölkəsi qarşısında götürdüyü öhdəliklərə tam əməl edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirdə çıxış edib:

- Təbiəti sevməmək mümkün deyil. İnsan və təbiət malik olduğumuz ən dəyərli nemətlərdir. Yəqin ki, siz bizim layihələrimiz haqqında çox oxumusunuz. Biz ağac əkməklə məşğul oluruq. Son dövrdə gənclərimiz, könüllülərimiz 4 milyondan çox ağac əkiblər. Bilirəm ki, siz də 30 nəfərlə birlikdə ağac əkmisiniz. Buna görə Sizə təşəkkür edirik.

Biz məhv olmaq təhlükəsi ilə üzləşən heyvanların yox olmasının qarşısını almağa çalışırıq. Əlbəttə ki, ovçuluq bütün dünyada mövcuddur. Bu, qəbulediləndir və bəzən hətta faydalıdır. Lakin adları “Qırmızı kitab”a daxil olan heyvanlar öldürülməməlidir, onlar qorunmalıdır. Bunun üçün biz fəal təbliğat işi aparırıq, izah edirik, danışırıq. Ən başlıcası bu haqda düşünməkdir. Ceyranların reproduksiyası ilə bağlı bizim layihələrimiz olub. Mənim üçün ən vacib layihələrdən biri də Qafqaz bəbirinin qorunub saxlanmasıdır.

“Təbiətin gözləmək üçün vaxtı yoxdur. Biz bunu indi etməliyik”, - deyən Leyla Əliyeva hər bir insanın ətraf mühitin qorunub saxlanılmasına töhfə verə biləcəyinə əminliyini ifadə etdi. Gənclərə müraciət edən IDEA-nın rəhbəri İctimai Birliyin hamı üçün açıq olduğunu vurğuladı.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti