1 gümüş, 1 bürünc və qələbə bizim oldu

  12 İyul 2013    Oxunub : 589
1 gümüş, 1 bürünc və qələbə bizim oldu
Rusiyanın Kazan şəhərində keçirilən Tələbələrin 27-ci Ümumdünya Universiadasında güləş yarışları ikinci günündə 60, 74 və 96 kq çəkidə sərbəst güləşçilərimiz xalça üzərinə çıxıblar.
AzVision.az Güləş Federasiyasına istinadən xəbər verir ki, 60 kq da Hacı Əliyev ilk görüşündə Fransız güləşçisi Antoin Massidanı (8:0) mübarizədən kənarlaşdırıb. Növbəti mərhələdə o, İranlı Behnam Ehsanpura (2:0) qalib gəlib. Rəqib finala yüksəldiyindən H. Əliyev bürünc medal şansı əldə edib.

Təsəlliverici görüşdə təmsilçimiz Monqol güləşçisi Nemexbayar Batsayxan üzərində (8:0) qələbə qazanıb. Həlledici görüşdə bolqar Stefan İvanovu (7:0) məğlub edən H. Əliyev Universiadanın bürünc medalını qazanıb.

Cəbrayıl Həsənovun ilk rəqibi Rumıniya güləşçisi Marius Atofani olub. 10:2 hesablı qələbə güləşçimizi 1/8 finala yüksəldib. Bu mərhələdə rəqib erməni Qriqor Qriqoryan olub. Onu da (10:3) məğlub edən Cəbrayıl 1/4 finala yüksəlib. Növbəti rəqib qırğız İnnokenti İnnokentev olub. Gərgin keçən qarşılaşma güləşçimizin (4:4) xeyrinə başa çatıb. Yarımfinalda Cəbrayıl Həsənovun rəqibi Serbiya təmsilçisi Zaur Əfəndiyev olub. 6:3 qalib gələn güləşçimiz adını finala yazdırıb. Finalda rəqib Rusiya güləşçisi Denis Çarquşa məğlub olan Cəbrayıl Həsənov gümüş medalla kifayətlənib.

1/8 finaldan mübarizəyə qoşulan digər güləşçimiz Hacı Şərifov erməni rəqibi Edgar Yenokyana (7:0) qalib gəlib. Növbəti mərhələdə güləşçimiz qırğız Məhəmməd Musayevi (2:1) üstələyib. Yarımfinalda güləşçimiz Rusiya təmsilçisi Abdusalam Qadisovla görüşdən məğlub ayrılıb. Hacı Şəfirov bürünc medal uğrunda monqol güləşçisi Xuderbulqa Dorjxandla həlledici görüşü də uduzaraq Universiadanı beşinci sırada tamamlayıb.

Teqlər: