SOCAR `Qazprom`dan qaz alacaq
“SOCAR-a qaz hasilatı zamanı laylara vurmaq üçün qaz lazımdır. Laylara nə qədər çox qaz vursaq, bir o qədər neft hasilatını stabil saxlamaq olur. Bundan başqa, qaz anbarlarımızın imkanları böyükdür və biz ora əlavə həcmdə qaz vurmağı planlaşdırırıq. Bilirsiniz ki, bizim anbarlarımız 5 milyard kubmetr həcmində qazı saxlamaq iqtidarındadır.
Biz 3 milyard kubmetr qaz almaq niyyətindəyik. SOCAR “Qazprom” şirkətinə təkliflərini verib. Bundan başqa, SOCAR İran tərəfi ilə müzakirələr aparır. Söhbət svop əməliyyatından gedir”.
Neft-qaz və neft-kimya Kompleksinin tikinti layihəsinin icrasının dayandırılmadığını deyən R. Abdullayev bildirib ki, layihəyə Çin şirkətləri və ixrac-idxal bankları böyük maraq göstərir:
“Hazırda danışıqlar aparılır. Sadəcə "Mitsui" şirkətinin təklifləri səmərəli hesab edilmədiyi üçün yenidən nəzərdən keçirilməli olduğu bildirilib. Təkliflər yenidən baxıldıqdan, onlarla danışıqlar aparılacaq”.
AzVision.az