Ankara terrorunu qadın kamikadze törədib

Ankara terrorunu qadın kamikadze törədib
  14 Mart 2016    Oxunub:2508
Ötən gün Ankarada baş verən dəhşətli terror aktı ilə bağlı yeni faktlar ortaya çıxıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terror aktını araşdırmaq üçün 12 prokuror işə cəlb olunub.

Aparılan ilkin araşdırma zamanı məlum olub ki, 2 terrorçu hadisə yerində ölüb.

Kamikadzenin qadın olduğu bildirilir.

Qeyd edək ki, dünən Ankaranın "Kızılay" meydanında törədilən terror hadisəsi zamanı 34 nəfər həlak olub, 125 nəfər yaralanıb.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti