Mərkəzi Banka qarşı dollar təxribatı - FOTO

Mərkəzi Banka qarşı dollar təxribatı - FOTO
  11 Mart 2016    Oxunub:19361
Sosial şəbəkələrdə Mərkəzi Bank tərəfindən 18 mart 2016-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı məzənnəsinə dair kommersiya banklarına ünvanlanan məktub yayımlanıb.

Mərkəzi Bankdan AzVision.az-a verilən məlumata görə, məktub saxtadır, ictimaiyyət arasında çaşqınlıq yaratmaq məqsədi daşıyır.

Qeyd olunub ki, manatın ABŞ dollarına nisbətən məzənnəsi Mərkəzi Bankın bəyan etdiyi idarə olunan üzən məzənnə siyasəti rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklif əsasında müəyyən olunur.



Anar Kəlbiyev



Teqlər:  





Xəbər lenti