Mehriban Əliyeva önəmli görüşlər keçirdi

Mehriban Əliyeva önəmli görüşlər keçirdi
  10 Mart 2016    Oxunub:2608
Martın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə görüşüb.
ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva baş direktor Əbdüləziz Osman əl-Tuveycrini yenidən Bakıda görməkdən məmnun olduğunu bildirərək, Azərbaycan ilə təşkilat arasında sıx əməkdaşlığın mövcudluğunu qeyd etdi.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva IV Qlobal Bakı Forumu çərçivəsində aparılacaq müzakirələrin dünyanı narahat edən bir çox məsələlərin həllinə töhfə verəcəyinə əminliyini bildirdi, ölkəmizin dostlar üçün hər zaman açıq olduğunu vurğuladı.

***

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva IV Qlobal Bakı Forumunda iştirak edən Latviyanın sabiq birinci xanımı Lilita Zatlere ilə görüşüb.

Birinci xanım Mehriban Əliyeva Latviyanın sabiq birinci xanımı Lilita Zatlereni yenidən Bakıda görməkdən məmnun olduğunu deyib. O, IV Qlobal Bakı Forumunun dünyanı narahat edən bir çox məsələlərin müzakirəsi baxımından mühüm dialoq məkanı olduğunu bildirib.

Latviyanın sabiq birinci xanımı Lilita Zatlere IV Qlobal Bakı Forumunda müzakirə edilən məsələlərin qlobal təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.

***

Martın 10-da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Çoxqütblü dünyaya doğru” mövzusunda keçirilən IV Qlobal Bakı Forumunda iştirak edən Albaniyanın birinci xanımı Odeta Nişani ilə görüşüb.

Albaniyanın birinci xanımı Odeta Nişanini Bakıda görməkdən şad olduğunu bildirən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “Çoxqütblü dünyaya doğru” mövzusunda keçirilən IV Qlobal Bakı Forumunun əhəmiyyətini vurğulayıb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Albaniyanın birinci xanımına Bakıya səfəri çərçivəsində Azərbaycan ilə daha yaxından tanış olmaq imkanı qazanacağını diqqətə çatdırıb.

Odeta Nişani Foruma dəvətə görə minnətdarlığını bildirib. Qonaq Azərbaycana ilk dəfə səfər etdiyini deyərək paytaxtımızın onda xoş təəssürat yaratdığını vurğulayıb.

AzVision.az



Teqlər:  





Xəbər lenti